Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto

Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto Gündəm

Hirkan Milli Parkının müxtəlif əraziləri və parkdan keçən yol məişət tullantıları ilə çirkləndirilib.

News24.az xəbər verir ki, xüsusilə plastik qablar, şüşələr, sellofan torbalar və digər tullantılar parkın təbii mənzərəsini korlayaraq xoşagəlməz görüntü yaradır.

Parkın dərinliklərinə doğru irəlilədikcə bu mənzərəyə daha çox rast gəlinir.

Ziyarətçilərin sözlərinə görə, ərazidə zibil qutularının sayı olduqca azdır. Yalnız bəzi fərdi sahibkarların fəaliyyət göstərdiyi çayxana və istirahət məntəqələrinin yaxınlığında zibil qutuları mövcuddur. Nəticədə istirahətə gələnlərin bir qismi tullantıları elə milli parkın ərazisinə atır.

Problemin digər təhlükəli tərəfi isə qadağan olunmasına baxmayaraq, parkın müxtəlif hissələrində ocaq qalıqlarının aşkarlanmasıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında bu cür halların baş verməsi meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır.

Diqqət çəkən məqamlardan biri də odur ki, tullantılara daha çox Xanbulan su anbarının yaxınlığında rast gəlinir. Bu isə bölgənin əsas içməli su mənbələrindən biri olan su anbarının çirklənməsi riskini artırır və ekoloji baxımdan ciddi narahatlıq doğurur.//teleqraf

Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto Hirkan Milli Parkı tullantıların əsirinə çevrilib - Foto