“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi Gündəm

Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, A.Nəsirli bu gün dünyasını dəyişib.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”, - açıqlamada vurğulanıb. (oxuaz)