Həlak olan bacı-qardaşın ataları da qəzada həyatını itiribmiş

Həlak olan bacı-qardaşın ataları da qəzada həyatını itiribmiş Gündəm

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.

Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.

Modern.az-ın məlumatına görə, vəfat edən bacı-qardaşın valideynləri olmayıb.

Məlumata görə, gənclərin ataları Mirzəbəy Əlimirzəyev 8 il əvvəl Rusiyada baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, bacı-qardaş hadisədən bir müddət əvvəl Türkiyəyə getməyi planlaşdırıblar. Onların niyə Qroznıya yola düşdüyü məlum deyil.