Hərbi xidmətə çağırılanların DİQQƏTİNƏ – Yekun yoxlanışla bağlı RƏSMİ AÇIQLAMA

Hərbi xidmətə çağırılanların DİQQƏTİNƏ – Yekun yoxlanışla bağlı RƏSMİ AÇIQLAMA Gündəm

"Dörd kateqoriya, "B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Çağırışçılar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir".

News24.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Sədr vurğulayıb ki, qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.(bizimmedia)