I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ Gündəm

Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qrupları üzrə keçirilən ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.

News24.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, nəticələrin növbəti həftənin əvvəllərində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2026-cı il tarixində keçirilib.