İcra başçısının müavini istefa verdi

İcra başçısının müavini istefa verdi Gündəm

Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu günvəzifəsindən ayrılıb.  

News24.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib. 

Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib. 

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.