İcra hakimiyyətində yeni TƏYİNATLAR
Gündəm
Ağdaş Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
News24.az xəbər verir ki, icra başçısı Orxan Hüseynzadə müvafiq əmrlər imzalayıb.
Belə ki, yeni struktur dəyişikliyi nəticəsində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv edilib. Onun əvəzində Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin nəzdində Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru yaradılıb.
Əvvəllər ləğv olunmuş şöbədə böyük məsləhətçi vəzifəsində çalışmış Mahir Musayev həm sektora müdir, həm də sektorun tabe olduğu şöbəyə müavin təyin edilib.
Bununla yanaşı sektorda daha iki təyinat da olub. Belə ki, müvafiq əmrlərlə Cavad Əmrəliyev böyük məsləhətçi, İlham Məmmədov isə məsləhətçi vəzifəsinə təyinat alıb.(iqtisadiyyat)