İlham Əliyev fərman imzaladı
Gündəm
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol" təsdiq edilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti sənədin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərəcək.
Qeyd edək ki, sözügedən Protokol 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanıb.