İlham Əliyev sabah Çinə gedəcək

İlham Əliyev sabah Çinə gedəcək Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev sabah - aprelin 22-də Çinə rəsmi səfərə gedəcək.

News24.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvətilə həyata keçirilir.

Səfər aprelin 24-dək davam edəcək./publika