İlham Əliyev və Paşinyan Kopenhagendə bunu müzakirə edib
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendəki görüş zamanı “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürmə xətləri və qaz kəmərinin çəkilişini müzakirə ediblər.
News24.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Paşinyan İrəvanda keçirilən konfransda bildirib.
“Gizlətmirəm, biz Azərbaycan prezidenti ilə Kopenhagendə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən tez elektrik ötürmə xətləri və qaz kəmərinin çəkilməsini həyata keçirmək mümkün olacaq”, – deyə o bildirib.
Paşinyan gələcək müzakirələr zamanı bu məsələnin daha konkret forma alacağına ümid etdiyini bildirib.
Ümumilikdə isə baş nazir layihənin reallaşdırılması üçün heç bir maneənin olmadığını hesab edir.