İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm
Məşhur aparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul edilib.
Xəstəyə angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir. O, kardioreanimasiya şöbəsində kompleks müalicə alır.