İnternet qiymətləri - ARTIRILDI__NEWL____NEWL____NEWL____NEWL__
Gündəm
“Azercell Telekom” MMC 1 iyul 2025-ci il tarixindən etibarən bəzi xidmət və tarif paketlərində dəyişikliklərə gedəcək.
News24.az-ın məlumatına görə, dəyişikliklər əsasən bəzi tariflərin qiymətində artımı nəzərdə tutur. Rəsmi açıqlamada qiymət dəyişikliyinin təkmilləşdirilmiş xidmət imkanları və dayanıqlı rabitə təminatı ilə bağlı olduğu vurğulanır.
Aylıq İnternet Paketlərin adı və həcmi | Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti | |
| 6 GB | 12 | 28 gün | |
| 12 GB | 19 | 28 gün | |
| 30 GB | 29 | 28 gün | |
| Saatlıq İnternet Paketlərin sürəti və qiyməti (ƏDV daxil, AZN) | |||
Paket adı | Qiymət (ƏDV daxil, AZN) | İstifadə müddəti | |
| 1 saatlıq (limitsiz sürət) | 0.99 | 1 saat | |
| 3 saatlıq (limitsiz sürət) | yan.99 | 3 saat | |
| Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi, yeni adı və həcmi, qiymət və müddət | |||
Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi | Aylıq İnternet Paketinin yeni adı və həcmi | Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti |
| 55 GB | 56 GB | 39 | 28 gün |
| Günlük İnternet Paketləri | |||
Günlük İnternet Paketinin əvvəlki adı və həcmi | Günlük İnternet Paketinin yeni adı və həcmi | Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti |
| 250 MB (yenilənən) | 350 MB (yenilənən) | 0.99 | 1 gün |
| 1000 MB (yenilənən) | 1.5 GB (yenilənən) | yan.99 | 1 gün |
Qeyd olunan tarixdən “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir.
Aqil Qarayev