İran mediası Pezeşkianı ittiham etdi
Gündəm
SEPAH-a yaxın “Tasnim News” agentliyi İran Prezidenti Məsud Pezeşkianı tənqid edən məqalə dərc edib.
News24.az xəbər verir ki, yazıda dövlət başçısının son açıqlamalarının “neytral” və “zəif” olduğu, İranın ali rəhbərinin siyasətinə zidd mövqe sərgilədiyi və ölkənin nüfuzuna xələl gətirdiyi iddia edilib.
Agentlik Pezeşkianın tənqidlərə cavabında səsləndirdiyi “Sən danışmaq istəmirsən? Bəs nə etmək istəyirsən? Müharibə istəyirsən? Yaxşı, hücum etdi; indi düzəldək, gəlib yenə vuracaq!” sözlərini nümunə kimi göstərib.
Məqalədə həmçinin Prezidentin qonşu ölkələrlə münasibətlərdəki çətinliklərə dair bəyanatları və məcburi hicaba qarşı çıxması tənqid olunub.
Aqil Qarayev