İrandan Azərbaycana hücum: - Görün, nə yazdılar - YENİLƏNİB
Gündəm
“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
News24.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, bu kiberhücumlarla əlaqədar hazırda “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Baku.ws”, “Caliber.az” saytlarının fəaliyyətində problem yaranıb.
"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, hazırda saytların işinin bərpa olunması istiqamətində iş aparılır. Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu deyil, mütəşəkkil şəkildə təşkil olunmuş peşəkar kiberhücumdur. Bütün bu hücumlarla bağlı səlahiyyətli rəsmi qurumlara məlumat verilib", - açıqlamada deyilir.
***
"Qlobal" Media Qrupuna haker hücumu başlayıb.
News24.az xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb.
Report İnformasiya Agentliyinə daxil olduqda isə xüsusi səhifə açır. Burada Qurandan bir ayə yerləşdirilib: "Həcc surəsi, 39-cu ayə: (Kafirlərin ) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir".
Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.