İsa Həbibbəyli: "Mənim heç vaxt çətirim olmayıb"

İsa Həbibbəyli: "Mənim heç vaxt çətirim olmayıb" Gündəm

20 Yanvar faciəsinin ildönümü günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin Şəhidlər Xiyabanını ziyarəti zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

News24.az-a AMEA-nın Mətbuat xidmətindən verilən məlumata görə, AMEA prezidenti İsa Həbibbəyli heç zaman çətirdən istifadə etmədiyini bildirib:

“Həyatım boyu heç vaxt çətirdən istifadə etməmişəm. Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və "Azərtac"da yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm".