"Həm özümüzü təbliğ edir, həm də dünya təcrübəsini öyrənirik"
Gündəm
"WUF13 forumu Azərbaycanın nə qədər yüksək templə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir. Çünki Azərbaycan bu forumda həm öz nailiyyətlərini təqdim edir, həm də dünya təcrübəsini öyrənir".
Bu sözləri News24.az-a açıqlamasında AMEA rəhbəri İsa Həbibbəyli deyib:
"Hesab edirəm ki, dünyada gedən proseslərlə ölkə reallıqlarının sintezi və vəhdəti Azərbaycanın bundan sonrakı inkişafında yeni şəhərsalma yanaşmalarının formalaşması, regionlarla paytaxt arasındakı münasibətlərin qurulması, müsbət təcrübələrin öyrənilməsi baxımından çox əhəmiyyətli olacaq".
Xanım Cavanşirqızı