İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ

İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ Gündəm

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarəti zamanı AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun ona çətir tutması sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub.

Yayılan məlumatlara görə, İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. İddialarda səbəb kimi isə bu davranışın İsa Həbibbəylinin ictimaiyyətin qınağına tuş gəlməsi göstərilib.

News24.az xəbər verir ki, Akademiya yayılan məlumatları təkzib edib.

Qeyd olunub ki, sözügedən şəxs hazırda öz vəzifəsini icra etməkdə davam edir. (milli.az)