İsmayıllıda bıçaqlanan şəxslərin son durumu - AÇIQLANDI

İsmayıllıda bıçaqlanan şəxslərin son durumu - AÇIQLANDI Gündəm

Sentyabrın 29-da saat 23:30 radələrində 4 nəfər (kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Onlara qarın divarının açıq yarası, bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-didilmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 1976-cı il və 2008-ci il təvəllüdlü şəxslər cərrahi əməliyyat edilib. Müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

2005-ci il və 2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ötən gecə İsmayıllıda 4 nəfərin bçıqlanması ilə nəticələnən insident baş verib.

Aqil