İstanbulda silahlı - İNSİDENT

İstanbulda silahlı - İNSİDENT Gündəm

İstanbulda silahlı insident baş verib. 

News24.az xəbər verir ki, hadisə 26 iyun saat 14:15 radələrində qeydə alınıb.

İlkin məlumata görə, Seyyid Ömər məhəlləsində motosikletlə hərəkət edən iki naməlum şəxs 4 iş yerini və bir evi atəşə tutub. Daha sonra eyni şəxslər Mevlanakapi məhəlləsinə keçərək daha bir evə silahla hücum ediblər.

Hadisə yerinə cəlb olunan Fatih Rayon Polis İdarəsinin əməkdaşları 4 obyektə 12, evə isə 7 güllə izinin qeydə alındığını bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şübhəlilər daha əvvəl zərərçəkənləri mesaj vasitəsilə hədələyiblər. Onların müxtəlif cinayət əməllərinə görə daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqətində olduqları bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aqil