İstəməyən işləməyəcək – Səs-küylü proqnoz
Gündəm
Elon Mask süni intellekt və robotların yaxın illərdə dünya iqtisadiyyatını əsaslı şəkildə dəyişəcəyini bəyan edib.
News24.az-ın məlumatına görə, ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edən Mask bu texnologiyaların yoxsulluğu tamamilə aradan qaldıracağını və ənənəvi iş anlayışının 10–20 il ərzində böyük ölçüdə yox olacağını bildirib.
O, gələcəkdə işləməyin idmanla məşğul olmaq kimi yalnız istəyənlərin seçəcəyi bir fəaliyyətə çevriləcəyini söyləyərək iş həyatının faktiki olaraq sona çatacağını vurğulayıb.
Mask çıxışdan sonra xAI şirkətinin Səudiyyə Ərəbistanının Humain fondu ilə birlikdə nəhəng məlumat mərkəzi quracağını açıqlayıb. Bildirilib ki, bu layihə ABŞ-dən kənarda həyata keçirilən ən böyük xAI sərmayəsi olacaq və təşəbbüs Vaşinqtonda elan edilən geniş hərbi-texnoloji əməkdaşlıq paketinə daxil edilib.