İtləri güllələyən təqaüdçü saxlanıldı

İtləri güllələyən təqaüdçü saxlanıldı Gündəm

Rusiyada itlərin güllələnməsi ilə bağlı araşdırmalar davam edir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, məlumata görə, aparılan istintaq nəticəsində şübhəlinin 64 yaşlı Minusinsk sakini olduğu müəyyən edilib. O, dindirilmək üçün polis bölməsinə aparılıb.

Məlumata əsasən, iyulun 14-də polis idarəsinə naməlum şəxslərin itləri güllələməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində ölən heyvanlar arasında sahibli ev iti də olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin avtomobilinə baxış keçirərkən içərisində ölmüş itlərin cəsədləri olan qəfəslər aşkarlayıblar.