İyulun 15-də Səfər ayı başlayacaq

 İyulun 15-də Səfər ayı başlayacaq Gündəm

Məhərrəm ayı sabah, iyulun 14-də başa çatacaq. Ardınca isə hicri-qəməri təqviminin Səfər ayı başlayacaq.

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib ki, Səfər ayı iyulun 15-də başlayacaq və avqustun 13-dək davam edəcək.

Onun sözlərinə görə, Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü olan Ərbəin bu il avqustun 4-də qeyd ediləcək.

Qeyd edək ki, bu il Məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. Aşura günü isə iyunun 25-də qeyd olunub. /Musavat.com/