Jurnalistin evinin həyətində ilanlar peyda oldu -VİDEO
Gündəm
Jurnalist Aysel Azadqızının yaşadığı evin həyətində son iki ay ərzində ilanlar peyda olub.
News24.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə paylaşım edərək məsələ ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, ötən gecə anası ilə birlikdə həyətdə təxminən 25-30 santimetr uzunluğunda bala ilan görüblər.
Onlar ilanı tutaraq bankaya salıblar.
Jurnalist qeyd edib ki, həyətə ilanların gəlməsi qonşunun bağ evinə köçərək orada təmir-bərpa işlərinə başlamasından sonra müşahidə olunub.
“Artıq 2 aydır ki, həyətimizdə ilanlar peyda olub. Mən təmkinli olmağa çalışsam da, anam çox stress yaşayır. BUndan 2 ay qabaq da anam həyətimizdə iri ilanın evimizə girən məqamda görüb zərərsizləşdirib. Görənlər deyir ki, həm balaca ilan, həm də daha əvvəl evimizə girəndə zərərsizləşdirdiyimiz ilan gürzədir" - deyə jurnalist bildirib.