Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi Gündəm

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

News24.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kamboca Krallığının Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.