Kamran Əliyev generalı vəzifəsindən azad etdi

Kamran Əliyev generalı vəzifəsindən azad etdi Gündəm

Respublika hərbi prokurorunun müavini - ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki hərbi prokurorlarını da dəyişib.