Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO

Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Gündəm

1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş faciə rayonun yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir. Həmin gün Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün həmin faciənin növbəti ildönümü ilə əlaqədar həlak olan uşaqların xatirəsi ehtiramla yad edilib. Faciə qurbanlarının valideynləri və yaxınları ilə yanaşı, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri də onların məzarlarını ziyarət edərək, əziz xatirələrinə ehtiramlarını bildiriblər. /Modern.az/

Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO Helikopter qəzasında həlak olan 8 azyaşlının xatirəsi anıldı - FOTO