Kəskin isti hava geri qayıdır: - temperatur 44 dərəcəyə ÇATACAQ

Kəskin isti hava geri qayıdır: - temperatur 44 dərəcəyə ÇATACAQ Gündəm

Türkiyədə həftəsonu üçün hava proqnozuna görə, ölkənin bir çox yerində hava çox isti olacaq. 

News24.az xəbər verir ki,  xüsusilə Cənub-şərqi bölgələrdə temperatur 44 dərəcəyə qədər yüksələcək. İstanbul, Ankara və İzmir-də isə yağış gözlənilmir.

Yağış xəbərdarlığı:

Sakarya, Düzce, Zonguldak, Bartın, Samsun, Ordu və Giresun bölgələrində qısamüddətli yağış və ildırım gözlənilir.

Həkim xəbərdarlığı:

Səhiyyə mütəxəssisləri xəbərdarlıq edir: 11:00-16:00 arası yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar çöldə olmamalıdır. Gölgedə 44 dərəcə ölçüləcək istilər günəş altında daha da artacaq.

Xeyrənsə Piriyeva