Keşlədə subasma nəticəsində 6 nəfərin səhhəti pisləşdi

Keşlədə subasma nəticəsində 6 nəfərin səhhəti pisləşdi Gündəm

"Aprelin 5-də saat 11:40 radələrində və aprelin 6-da saat 07:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindən çağırışlar qeydə alınıb".

News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hər iki ünvana təcili tibbi yardım briqadaları cəlb olunub.

"Sabir küçəsi ünvanından qeydə alınan ilk çağırışda təcili tibbi yardım briqadaları tərəfindən 5 nəfərə (qadın) arterial hipertenziya səbəbilə yerində tibbi yardım olunub. İkinci çağırış zamanı isə 1 nəfərə (qadın) stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri su basıb. Hazırda su basmış ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.