Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - Namizədlər bəlli oldu

Kinematoqrafçılar İttifaqının sədri  kim olacaq? - Namizədlər bəlli oldu Gündəm

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

News24.az xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. (APA)