Kiyev və Odessa vuruldu

Kiyev və Odessa vuruldu Gündəm

Rusiya silahlı qüvvələri Kiyevdəki hərbi-sənaye obyektlərinə və Odessa bölgəsindəki limanlara zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda məlumat verib.

Məlumata görə, infrastruktur obyektləri, yanacaq saxlama məntəqələri və dronyığma zavodları zərbələrə məruz qalıb.

Müdafiə Nazirliyi zərbələrdə uzaq mənzilli dəqiq idarə olunan raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyini qeyd edib.