Körpənin ölümü ilə bağlı detallar - "Vital Hospital"ın baş həkimi danışdı
Gündəm
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb.
News24.az xəbər verir ki, məsələ ilə bağlı xəstəxananın baş həkimi Səltənət Məcidova RTV-yə açıqlama verib.
"Pasiyent iyulun 17-də ilk dəfə xəstəxanamıza müraciət edib. Tibbi sənədlərdən də görünür ki, bundan əvvəl o, heç vaxt xəstəxanamızda olmayıb. Müayinədən sonra dölün ana bətnində öldüyü müəyyən edilib", - deyə baş həkim bildirib.
S.Məcidova ölən körpənin zirzəmiyə atılması ilə bağlı iddialara da aydınlıq gətirib.
Daha ətraflı RTV-nin süjetində
Xanım Cavanşirqızı