Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU

Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU Gündəm

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E.İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.

Bildirilib ki, Elgün İbrahimov şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.


Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU