Küləkli hava bu tarixədək davam edəcək

Küləkli hava bu tarixədək davam edəcək Gündəm

Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti oktyabrın 20-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, şimal-qərb küləyinin maksimal sürəti 18-20 m/s, bəzi yerlərdə arabir 25-27 m/s-yə çatır.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti oktyabrın 20-si günorta saatlarında tədricən zəifləyəcək. Günorta saatlarından başlayaraq mülayim şimal-şərq küləyi əsəcək.