Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür - XİN

Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür - XİN Gündəm
“Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür”.

News24.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində qeyd olunub.

“Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, – şərhdə vurğulanıb.