İlahiyyat İnstitutunda and içmə: “O da hərbi qurumdur?!”
Gündəm
İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində keçirilən “Məzun günü”ndə and içmə sosial şəbəkələrdə müzakirə mövzusu olub.
News24.az xəbər verir ki, iyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan həmin təhsil müəssisələri məzunlarının niyə and içdiyi kimsəyə aydın olmayıb.
Məlum “Məzun günü”də tələbələr peşə fəaliyyətləri boyunca Azərbaycan dövlətinin və xalqının mənafelərinin hər şeydən üstün tutulmasına, dövlətin və dünyəvi dəyərlərin qorunub inkişaf etdirilməsi üçün çalışacaqlarına, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən yüksək dini-mənəvi mühitin qorunub saxlanması üçün fəaliyyət göstərəcəklərinə təntənəli surətdə and içiblər. Dördpendirli pizza
Sosial şəbəkə istifadəçilərinin bir çoxu vurğulayıblar ki, belə andiçmə mərasimlərinin adətən kursantlar (hərbi and) və tibb ixtisası üzrə təhsilini başa vuran tələbələr (Hippokrat andı) keçirildiyini bildiriblər. Dini sahə üzrə təhsil almış gənclərin belə bir tərzdə andiçməsini doğru hesab etməyənlər də olub.
Rəyinlərin bir çoxunda kinayə və sarkazm var: “İlahiyyatçılıq da hərbi xidmətdir?!”, “Dini Komitə nə vaxtdan hərbi qurum olub?!”, “Bikarçılıqdan bilmirlər nə iş görsünlər...” və s.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət universitetlərində məzun olan tələbələr arasında isə andiçmə mərasimi ümumiyyətlə keçirilmir.
Mövzu ilə bağlı Azərbaycan İlahiyyat İnstitutuna sorğu göndərsək də, müraciətimiz hələ də cavabsız qalıb. /Yenisabah.az/
Bəhs edilən andiçmə mərasimindən görüntüləri: