Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı Gündəm

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blue Marine" Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax ilə görüş keçirib.

News24.az Report-a istinadən xəbər verir ki, görüş zamanı Xəzər dənizinin səviyyəsinin azalmasının dəniz ekosisteminə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsirləri, eləcə də mövcud ekoloji çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının mühafizəsi, onların təbii yaşayış mühitinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.