Livanda cihaz partlayışları: - 21-ci əsrin yeni təhlükəsi

Livanda cihaz partlayışları: - 21-ci əsrin yeni təhlükəsi Gündəm

Ekspertlər Livanda baş verən kiberhücumları şərh ediblər.

News24.az NTV-yə istinadən xəbər verir ki, Livanda iki gün davam edən qurğu partlayışları 32 nəfərin həyatına son qoyub, ən azı 3250 nəfərin yaralanmasına səbəb olub.

ABŞ-ın geosiyasət mütəxəssisi təqaüdçü polkovnik-leytenant Riç Outzen partlayıcı maddələrin cib telefonlarına yerləşdirilməsinin yeni üsul olmadığını, lakin Livanda həyata keçirilən hücumun hazırlıq mərhələsi, istifadə edilən üsul və çoxsaylı hücumlar anlayışı baxımından bir ilk olduğunu bildirib.

Bildirib ki, qəbul etmək lazımdır ki, bu qədər sayda partlayıcının eyni vaxtda uzaqdan işə salınması digər dövlətlərin və bəzi təşkilatların çox az da olsa, edə biləcəyi bir fəaliyyət növüdür.


İraq və Əfqanıstan kimi ölkələrdə ABŞ ordusunda döyüş əsgəri kimi xidmət edən və ABŞ Xarici İşlər missiyalarında hərbi attaşe kimi xidmət edən Outzen deyib:

“Bu miqyasda və dərinlikdə hücumu təkrarlamaq bir çox qruplar üçün çətin olsa da, həssas ərazilər üçün, hava limanları, siyasi qərargahlar və milli liderlər üçün nəzərdə tutulan məsələlər siyahısına daxil edilməlidir. Bu, şübhəsiz ki, 21-ci əsrdə hamımızın narahat etməli olduğu yeni təhlükədir”.

O, əlavə edib ki, Livandakı partlayışların arxasında İsrailin olmasına az adam şübhə edir.

Günel Məlikzadə