Maksimum bal toplayan biləsuvarlı məktəblilərimiz

Maksimum bal toplayan biləsuvarlı məktəblilərimiz Gündəm

9 illik buraxılış imtahanında fərqənən biləsuvarlı şagirdlərin adları məlum olub. 

News24.az Bilesuvarinfo.az-a istinadla xəbər verir ki, rayon məktəblərində, 9-cu sinifdə təhsil alan 1449 məktəblidən 5 nəfəri bu imtahanda maksimum bala ən yaxın yüksək nəticələri ilə fərqlənib.

Belə ki, 

Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aytac Rəsulzadə 298 bal; 

Müsfiq Abbasov adına Xırmandalı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zümrüd Zamanova 294 bal; 

Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sevgi Əhmədli 292,5 bal; 

Oktay Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nərmin Paşazadə 291.4 bal; 

Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nuriyyə Abdullazadə 277 balla buraxılış imtahanında liderlər sırasındadır.