Masallıda qaz kəmərində qəza - 4 kənd qazsız qaldı

Masallıda qaz kəmərində qəza - 4 kənd qazsız qaldı Gündəm

Masallı rayonunda qaz kəmərində qəza baş verib.

News24.az-ın məlumatına görə, Masallı rayon Alvadı QPS-dən qidalanan qaz kəmərində qəza olub.

Nəticədə Çaxırlı, Binə Xocavar, Ağakişibəyli və Şərəfə kəndlərinin  ümumilikdə 2 100 abonentinin qaz təminatı dayandırılıb. /unikal.az