Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama
Gündəm
Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, - açıqlamada vurğulanıb.