Mədəniyyəti bərpa prosesinin mərkəzinə yerləşdirmək inkişaf üçün ən ciddi elementdir - Anar Kərimov

Mədəniyyəti bərpa prosesinin mərkəzinə yerləşdirmək inkişaf üçün ən ciddi elementdir - Anar Kərimov Gündəm

Mədəniyyətin bərpa prosesinin mərkəzinə yerləşdirilməsi dayanıqlılıq və inkişaf üçün ən ciddi elementdir.

News24.az xəbər verir ki, bu sözləri Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, , ICESCO-nun həyata keçirdiyi prosesi üzv dövlətlərə dəstək verən və onların namizədlik dosyelərini, sənədlərini qlobal standartlara uyğun şəkildə hazırlamalarına yardım edən tamamlayıcı mexanizm kimi qiymətləndirilir.

"ICESCO-nun böyük qürur duyduğu təşkilatın əsas proqramlarından biri olan “Mədəniyyət Paytaxtları” proqramıdır. Bu proqram uzun müddət əvvəl başlayıb. Lakin son üç-dörd ildə xüsusilə regionumuz üçün mədəniyyət paytaxtlarının seçilməsi və elan edilməsi baxımından həqiqətən qlobal platformaya çevrilib", - o vurğulayıb.

Anar Kərimov qeyd edib ki, bu günə qədər , ICESCO 898 mədəni irs obyekti qeydiyyata alınıb. Həmçinin 16 ölkədə yerləşən 117 tarixi məkan rəsmi şəkildə qeydiyyatdan keçirilib".