Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu Gündəm

Təqaüddə olan polis general-mayoru Nazim Əliyevin dəbdəbəli toy mərasimi ictimaiyyət və sosial şəbəkədə geniş müzakirələrə yol açıb.

Özündən 35 yaş kiçik xanımla ailə quran generalın toyundan yayılan görüntülər birmənalı qarşılanmayıb. Mərasimlə bağlı paylaşımlar sosial mediada müxtəlif reaksiyalar doğurub, istifadəçilər arasında həm təbrik edənlər, həm də tənqidi mövqe sərgiləyənlər diqqət çəkib.

toy merasimi

News24.az xəbər verir ki, generala təbrik ünvanlayanlar arasında Prezidentin Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyev də yer alıb.

Belə ki, Mədət Quliyev toyla bağlı xəbərin altında “Allah hamını xoşbəxt etsin. Hamı həyatda rahatlığını tapsın” , - deyə rəy yazaraq Nazim Əliyevə xoş arzularını çatdırıb.

Qeyd edək ki, generalın toy mərasimi ilə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb.