Məhərrəm Həsənov azadlığa buraxıldı
Gündəm
"Tosu" ləqəbli tiktoker Məhərrəm Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
News24.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin vəkili tərəfindən verilən şikayət təmin edlib.
Məhərrəm Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Həsənovun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci maddəsi ilə ittiham edilir.
Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.