Məhkəmə vəkil Orxan Kəngərli ilə bağlı qərar verdi
Gündəm
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli məhkəməyə gətirilib.
News24.az xəbər verir ki, Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli hakim qarşısına çıxarılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən axşam Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./unikal.az