Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi
Gündəm
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib.
News24.az xəbər verir ki, başsağlığında deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"