Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Gündəm
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.