Məktəbə hücum zamanı yaralanan şagirdlərin son durumu açıqlandı - RƏSMİ
Gündəm
Oktyabrın 13-ü saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdən çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 azyaşlıya (kişi cinsli) yerində yardım olunub.