Memarlıq və İnşaat Universitetinin rektoru: - Bu gün Qarabağda işləyənlərin çoxu bizim məzunlardır

Memarlıq və İnşaat Universitetinin rektoru: - Bu gün Qarabağda işləyənlərin çoxu bizim məzunlardır Gündəm

Memarlıq və İnşaat Universitetində tədris olunan ixtisaslar aktuallığını saxlayacaq.

News24.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib:

"Mühəndis ixtisasları daim yenilənir. Odur ki, gənclərimiz daim öyrənməlidir. Bizim ixtisaslar bu gün aktualdır. Sabah da aktual olacaq. Çünki yenidən qurulur.

Rektor bildirib ki, bu il 2400-dən çox gənc Memarlıq və İnşaat Universitetindən bağlanır.

"Ötən il ərzində universitetdə çox işlər görülüb. Universitet və kollecemizdə 12 mindən çox tələbə təhsil alır. Bizim dünyanın müxtəlif universitetləri ilə birlikdə fəaliyyətimiz var".