"Mən qardaşdan yetim qaldım..." - Tahir İmanov

"Mən qardaşdan yetim qaldım..." - Tahir İmanov Gündəm

"49 il biz Cabirlə gözəl ömür yaşadıq. Cabir Allahın və valideynlərimizin sayəsində dolu, zəngin, ilk illərdə qayğısız ömür yaşadı". 

News24.az xəbər verir ki, bunu əməkdar artist Cabir İmanovla vida mərasimində qardaşı Tahir İmanov deyib.

"Biz dövlətə, dövlətçiliyə xidmət etmək barədə çox danışmışıq. Baxmayaraq ki, bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirlər, amma bir məsəl var: "Allah kimi ucaldarsa, onu heç kim alçalda bilməz". Cabir nümunəvi vətəndaş, ata olub. Çoxları elə bilir, Cabir məndən böyükdür, amma  o məndən iki yaş kiçikdir. Mən ondan çox şey öyrənmişəm", - deyə o vurğulayıb. 

Tahir İmanov bildirib ki, 44 günlük Vətən müharibəsi başlayanda Cabir İmanov müharibəyə yollanmaq istəyib:

"Biz belə böyümüşük. Şuşa bizim üçün çox dəyərli olub".

"İnsan anadan-atadan yetim qalır, amma mən qardaşdan yetim qaldım... İmanovlar və Ələsgərovlar ailəsi adından dövlət başçısına, Birinci vitse-prezidentə, Dövlət Təhlükəsizlik Ximdətinə təşəkkürümü bildirirəm", - deyə o sonda vurğulayıb. 


Nilufər