"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm"
Gündəm
"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm".
News24.az xəbər verir ki, bunu Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib.
Xanəndə qeyd edib ki, Zeynəb Xanlarova ilə eyni səhnəni bölüşməyə hazırdır:
"Mən Zeynəb Xanlarovanın Məcnunu ola bilərəm. Belə bir təklif olsa, bir zəng kifayətdir. Zeynəb Xanlarova Leyli, mən isə Məcnun rolunda çıxış edərik. Bu gün Məcnun rolunu ifa edən xanəndələr - Mənsum İbrahimov, Alim Qasımov, gənclərdən isə Təyyar Bayramov var. Amma onların heç biri Zeynəb xanımı mənim kimi sevə bilməz. Mən onu Məcnundan da artıq sevirəm. Həm Məcnun kimi, həm də onun sənətini və böyüklüyünü sevirəm. Biz onun nəğmələri ilə böyümüşük. Sevə-sevə bu təklifə "hə" deyirəm".
Qeyd edək ki, Xalq artisti Yusif Eyvazov Zeynəb Xanlarova ilə görüş zamanı ona "Leyli və Məcnun" tamaşasında Leyli rolunu oynamağı təklif edib. Buna cavab olaraq Zeynəb Xanlarova "Oynayaram, amma Məcnun yoxdur" deyib. (qaynarinfo.az)